IQNA

 İraqda üç gün matəm elan edildi

10:00 - January 05, 2020
Xəbər sayı: 3486426
İraqın Həşduş-Şəəbi qüvvələrinin qərargah rəisinin müavini və silahdaşlarının Bağdad hava limanında Amerika tərəfindən terrorla şəhid edilməsinin ardınca İraqda üç gün matəm elan edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Həşduş-Şəəbi qüvvələrinin Bağdad hava limanında Amerika tərəfindən terrorla şəhid edilməsinin ardınca İraqda üç gün matəm elan edildi.

İraqın baş naziri və ali baş komandanı Adil Əbdülmehdi Amerikanın terror hücumunda şəhid olan Həşduş-Şəəbi qüvvələrinin və onların iranlı silahdaşlarının xatirəsinin əzəmətlə yad edilməsi üçün ölkədə üç gün ümumi əzadarlıq elan etdi.

İraqda ümumi əzadarlıq Şənbə günündən (4 Yanvar 2020) başlayıb.

Qeyd edək ki, İranın Qüds ordusunun komandiri Şəhid Qasim Süleymani ilə birlikdə İraqın Həşduş-Şəəbi qüvvələri qərargahı rəisinin müavini Əbu Mehdi Mühəndis və silahdaşları Cümə günü (3 Yanvar 2020) Amerikanın terror hücumunda şəhid olublar.  

https://iqna.ir/fa/news/3869131

Teqlər: iqna ، sepah ، qüds ، həşduş-şəəbi
captcha